Bu gün Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

12 Sentyabr 2014 11:40 (UTC+04:00)

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.