Dağıstanda terror hadisəsi baş verib

14 İyul 2012 16:08 (UTC+04:00)
Movqe.Az " Ria Novosti"- yə istinadən xəbər verir ki, Dağıstanın Qayakənd ərazisində terror hadisəsi baş verib.  Rusiya Federasiyası Daxili Qoşunlarının yerli hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyat zamanı 7 terrorçu öldürülüb. Silahlı toqquşmada Daxili Qoşunların 1 hərbi qulluqçusu da ölüb. Məlumatda o da bildirilib ki, öldürülən 5 terrorçunun meyiti hökumət qüvvələri tərəfindən ələ keçirilib.