Nisə Qasımova aktyorlardan inciyib

14 İyul 2012 12:54 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi bu haqda yerli telekanalların birində danışıb. 

"Adamı parodiya etmək ayrıdır, ələ salmaq ayrıdır. Bizdə isə bu anlayışları ayıra bilmirlər. Mən bu KVN-çilərin yerinə olsaydım, özümü başqa cür parodiya edərdim. İnsanlar adətən gülməyi sevirlər.

Mənə hansısa sentimental bir əhvalat danışanda başlayıram ağlamağa. Mən onların yerinə olsaydım, elə edərdim ki, guya mən ağlayıram, məni güldürməyə çalışırlar. Tamaşaçılara mənim nə üçün ağladığım maraqlı olardı. Onlara hörmətim var, lakin həddi aşmaq olmaz", - o deyib.

Türkan Nadirqızı

Movqe.Az