Gəncədə 2012-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş tədbir keçirildi

14 İyul 2012 17:04 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Gəncədə 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub.

 İclasda yaxın vaxtlarda Gəncədə yeni sənaye müəssisələrinin istifadəyə veriləcəyi bildirilib və aparılan abadlıq-quruculuq işləri barədə fikir mübadiləsi aparılıb. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qarşıda duran vəzifələr barədə danışıb.

Şəhərin inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi cari ilin ilk 6 ayında 342,1 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 faiz artıqdır.

Ölkə başçısının sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması ilə əlaqəli verdiyi göstərişə uyğun olaraq Gəncədə də müvafiq işlərin görüldüyünü diqqətə çatdıran şəhərin icra başçısı Elmar Vəliyev 86 yerli sahibkarlara ilin əvvəlindən 2 milyon 352 min manat məbləğində güzəştli kredit verildiyini bildirib. Sənayenin inkişafı ilə bağlı verilmiş güzəştli kreditlər hesabına isə 120 yeni iş yerinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Abadlaşma işləri ilə əlaqəli bəzi sökülən obyektlər üçün yeni ərazilər ayrıldığını, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin işlərinin genişləndirməsi üçün müvafiq şərait yaradıldığını söyləyib.

Türkan Nadirqızı

Movqe.Az