Azərbaycanda müəllimlər and içəcəklər

12 Sentyabr 2014 18:10 (UTC+04:00)

Müəllimlər ilk dəfə "müəllim andı" içdikdən sonra fəaliyyət göstərəcəklər

2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, "müəllim andı" içdikdən sonra fəaliyyət göstərəcəklər.


Movqe.az-ın Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.


Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.


Nazirlikdən bildirilib ki, yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini, müəllim və şagirdləri, tələbələri təbrik edirik. Təhsilverənlərə və təhsilalanlara, ümumilikdə ölkənin bütün pedaqoji ictimaiyyətinə yeni – 2014-2015-ci dərs ilində uğurlar arzulayırıq.