“Eurovision-2015” mahnı müsabiqəsinin şüarı müəyyənləşib

12 Sentyabr 2014 17:53 (UTC+04:00)

"Eurovision-2015" mahnı müsabiqəsinin şüarı müəyyənləşib.

Movqe.az-ın "Eurovision"un rəsmi saytına istinadən verdiyi məlumata görə, builki müsabiqə "Körpülər salmaqla" ("Building Bridges") şüarı altında keçiriləcək.

Şüarın mahiyyəti barədə açıqlama verən müsabiqənin icraçı direktoru Yan Ola Sand bildirib ki, şüar 1956-cı ildən keçirilən yarışmanın mahiyyətini tam izah edir: "Biz inanırıq ki, avstriyalı həmkarlarımızla birgə növbəti 8 ayda ən böyük körpümüzü yaradacağıq".

Təşkilatçı qeyd edib ki, builki müsabiqə II Dünya Müharibəsinin bitməsinin 70 illiyinə təsadüf etdiyi üçün yarışma xüsusi təntənə ilə təşkil olunacaq: "Bu həm də Avropa xalqlarının bir-biri ilə mehribanlığını təcəssüm etdirir".

Qeyd edək ki, yarışmanın I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə mayın 23-də keçiriləcək.