Bakıda 3 yaşlı uşaq yandı

14 İyul 2012 19:30 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Bakıda 3 yaşlı uşaq yanaraq ölüb.

Bakıda 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində yanaraq ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü Vahid Nəcəflinin üzərinə qaynar su tökülüb. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən uşaq aldığı yanıq xəsarətindən ötən gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma işləri davam etdirilir.

Türkan Nadirqızı

Movqe.Az