Vərəm dispanserində bıçaqlanma

13 Sentyabr 2014 20:08 (UTC+04:00)

Vərəm Dispanserində bıçaqlanma hadisəsi baş verib.

Movqe.az xəbər verir ki , Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, hadisə sentyabrın 12-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 9 saylı Ağciyər və vərəm Dispanserinin həyətində baş verib.

Dispanserdə müalicə alanlardan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Bəhrəmov münaqişə zəminində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tahir Quliyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.

Faktla bağlı Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.