Avatardakı varlıqlar real imiş

15 Sentyabr 2014 11:44 (UTC+04:00)

Çinin şimal-şərqindəki Liaoning əyalətində, Ceyms Kameronun Avatar filmindəki "ikran" adlı uçan varlıqlara bənzəyən 120 milyon illik qanadlı sürünən qalıqları tapılıb. Şinhua agentliyinin xəbərinə görə, Çin Elmlər Akademiyası Onurğalı Paleontologiya və paleoantropologiya İnstitutundan edilən şərhdə, onurğalılar paleontoloqu Vang Şiaolin liderliyindəki bir qrup tərəfindən Avatar filmindəki uçan varlıq "ikran" a bənzəyən bir varlığın qalıqları tapılıb. Tapılan pterozorun (uçan sürünən) "ikran" a bənzəməsindən ötəri adı "Ikrandraco" qoyulub. 


Movqe.az xəbər verir ki, fosil analizi nəticəsində, Vang və qrupu bu yeni növün iti dişləri, düz və uzun kəllə və alt çənəsində bıçağa bənzər sümük çıxıntısı olduğu ,bu üz xəttləri ilə hasilat rekordları qıran Avatar filmindəki "ikran" lara bənzər xüsusiyyətlər daşıdığını bildirib.