Azərbaycan hərbçiləri Xorvatiyada təlimlərdə iştirak edəcəklər

15 Sentyabr 2014 11:33 (UTC+04:00)

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 15-dən 19-dək Bakı şəhərində "Silahlı Qüvvələr demokratiyada" mövzusunda seminar, Qarmiş-Partenkirxen şəhərində (Almaniya) "Maddi Texniki Təminat üzrə qarşılıqlı uyarlılıq" mövzusunda simpozium, 22-dək Zaqreb şəhərində (Xorvatiya) "Strike 2014" təlimində müşahidəçi qismində iştirak, 26-dək isə Souda şəhərində (Yunanıstan) "Hərbi dəniz əməliyyatları üzrə terminologiya" kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil testi seminarı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.