Elza Seyidacahanın "Tək verdi"şeirini məzə obyektinə çevirdilər-VİDEO

15 Sentyabr 2014 16:41 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahanın "Tək verdi" şeiri sosial şəbəkədə müzakirə obyektinə çevrilib. Belə ki, ifaçının yazdığı "Tək verdi" şeiri maraqla qarşılansa da, amma bəziləri bu şeirdən heç nə başa düşmədiklərini yazıblar. Bəzi sosial şəbəkə istifadəçiləri müğənninin bu şeirinə sadəcə gülüblər və məzə obyektinə çevirərək öz şəxsi profillərində paylaşıblar. Məsələ ilə bağlı ifaçının özü ilə Mövqe.az-ın əməkdaşı əlaqə yaradıb. Elza Seyidcahan "Tək verdi" şeiri barədə belə açıqlama verib: 


"Çingiz Kurtoğlunun ifa etdiyi bir mahnı var. Duyanlara, duymayanlara... Mən də belə deyərdim sevənlərə, sevməyənlərə... Hər zaman Elza Seyidcahan sənəti müzakirələrə səbəb olub. Əslində mən o şeiri Tanrıya ithaf etmişəm. O tək şeirdi və Tanrı tək olduğu üçün sevənlər də birləşəndə tək olurlar. Bu baxımdan demək istəyirəm ki, şeirim göydə Tanrı, yerdə pak olan insanlara aiddir. Kim onu necə başa düşürsə, özü kimi şərh edir. Korda, karda bilir ki, tək Tanrı deməkdir. Bu şeiri başa düşmək üçün ağıllı olmaq lazımdı. Ağıllı insan bunu başa düşür, müzakirə edir sonra paylaşır. Çox dərin mənaya malik olan şeirdi. Ayıb olar mən şeirimi tərifləsəm. Amma mən özüm də təəccüb qalıram ki, nəyəsə görə şeirlərim də, mahnılarım kimi qeyri-adi alınır. "Tək verdi" şeirimi də ələ salanlara, başa düşməyənlərə heç nə demirəm. Çünki onlara nəsə deməyə heç vaxtım və istəyim yoxdu. Bu yaxında bir şeir yazmışam, o da çox böyük səs-küyə səbəb olacaq. Hətta həmin şeirə tamaşa da quracağam".




Şeiri tam olaraq sizə Mövqe.az saytı əqdim edir: 


Nigaranam

Səninçün

Heç bilirsən necə?

Fikrimdəsən

Yalqızam

Nə edim?

Bilmirəm?

Necə gəlim yanına...?

Sən de

Necə?

Səndən heç doymadım ki

Həsrətindən lap doydum

Hicran oldum

Qəmgin qaldım

Tək qoydun

Tək.

Təkliyi bilirsən?

Necədi?

Bilərsən?

Bilirəm, sən də, təksən!

Tək olmaq yaxşıdı?

Ulduzlarla

İnsanlıqda

Dahiliyin

Sənətin

Erkəkliyin tərkində

Tək seçilmək

Tək qalmaq

Tək yatmaq

Sevgilinlə tək yatmaq

Təklərdən tək yaratmaq yaxşı şeydir

Çox yaxşı

Yaxşıların yaxşısıdı belə təklər

Təkin təkə nə ziyanı

Təkdə sığar iki bədən

Təkdən təkin asılanı

Alışanı, yananı

Sarılanı

Sarıl təkə...

Səndə qalsın

Tək qalmasın yazıqdır..!

Səninlədir

Səninkidir!

Yuxularında gördüyündür

Yollarında gəzdirdiyin təkindir..!

Sənin təkin

Tək verdi

Tanrı verdi...!!

Tək təki verdi

Səni verdi

Onu verdi

Sənə verdi

Qoru onu

Sev onu

Tək qal onunla

Tək qalmazsan onunla

Tək.