Zakir Qaralov prokuroru işdən çıxardı

15 Sentyabr 2014 16:59 (UTC+04:00)

Baş prokuror Zakir Qaralov bu gün kadr dəyişikliyi edib. 


O,  imzaladığı əmrlə Nərimanov rayon prokuroru Fikrət Ağa oğlu Mahmudovu işdən azad edib. 


F.Mahmudovun sərəncama götürüldüyü bildirilir. 


Nərimanov Rayon Prokurorluğundan xəbəri qismən təsdiq ediblər: "Sabah hər şey dəqiq bilinəcək".


Qeyd edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin edilib.

(AzNews.az)