Azərbaycanlı Rusiyada deputat seçildi

15 Sentyabr 2014 18:21 (UTC+04:00)

Ruslan Şərifov Volqoqrad Dumasının deputatıdır

IV çağırışın başa çatmasına 3 ay qalmış Volqoqrad vilayət Dumasında dəyişikliklər edilib. 


Əslən azərbaycanlı olan Ruslan Şərifov növbədənkənar keçirilən seçkilərdə qələbə qazanıb. 


O, "Lukoyl" şirkətinin keçmiş vitse prezidentinin oğludur.


Ruslan Şərifov 2003-2009-cu illərdə də Volqoqrad vilayət Dumasının deputatı olub. 


O, 2009-cu ildə IV çağırışda seçkilərə qatılsa da, bir neçə səs azlığı üzündən deputat mandatını əldə edə bilməmişdi.

(Anspress)