İki polis atəşlə öldürülüb

15 İyul 2012 14:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Mahaçqalada iki polis atəşlə öldürülüb. 

Noviy Xuşet qəsəbəsində yoldan ötən "Cip" markalı maşından naməlum şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib.

Dağıstanın paytaxtı Mahaçqala ətrafında naməlum şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib. Dağıstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Noviy Xuşet qəsəbəsində baş vermiş hadisə zamanı yoldan ötən "Cip" markalı maşından açılan atəş nəticəsində iki polis əməkdaşı öldürülüb. Polis faktla bağlı araşdırmalara başlayıb.

Türkan Nadirqızı

Movqe.Az