Ağdam cəbhəsində atəşkəs pozulub

16 Sentyabr 2014 10:40 (UTC+04:00)

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şirvanlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.