Beyin, Alzheimer zərərini bərpa edir
16 Sentyabr 2014 11:57 (UTC+04:00)
Kaliforniya Universitetindən elm adamlarının araşdırması,
beynin Alzheimerın yol açdığı bəzi dəyişikliklərə "dirənə
bildiyini" göstərib. Movqe.az xəbər verir ki, elm adamları, bəzi
insanların, düşünmə bacarığının itməməsinə yardım edən əlavə sinir
gücünə sahib olduğunu təyin edib. Sağlam olan 71 yetkinin qatıldığı
araşdırmada bu kəslərdən bir sıra şəkilləri ətraflı şəkildə
xatırlamaları istənib. Bu vaxt iştirakçıların beyin görüntüləri
araşdırılıb. Beynində amiloid proteini "anbarları" olan kəslərin
testlərdə daha müvəffəqiyyətli olduğu görülüb. İştirakçı sayı az
olsa da nəticələr alzheimer üçün yeni müalicə üsullarına işıq
tutur.