Bu yoldan keçməyin

16 Sentyabr 2014 13:50 (UTC+04:00)
Bu gün Bakıda daha bir yol avtomobillərin hərəkəti üçün bağlanacaq. 

Nəqliyyat Nazirliyi "Azeryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, axşam saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Rixard Zorge küçələrində yol bağlanacaq.

Onun sözlərinə görə, yolda abadlıq işləri görüldüyü üçün hərəkət məhdudlaşacaq.

"Keykab Səfərəliyeva və Rixard Zorge küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Puşkin küçəsi isə qismən bağlı olacaq. İşlər sabah yekunlaşacaq", - deyə Pünhan Mürsəliyev bildirib.