“Hər şey qaydasındadır” - Rafiq Hüseynov

16 Sentyabr 2014 14:31 (UTC+04:00)

"Türkiyədən bir neçə gündür qayıtmışam. Həkimlər dedi, hər şey qaydasındadır".

Axşam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib.
 
Onun sözlərinə görə, Türkiyədə növbəti dəfə müayinədən keçərkən həkimlər əməliyyatın nəticəsini qənaətbəxş qiymətləndiriblər:
 
"Amma buna baxmayaraq, yenə özümü qorumalıyam, hər şey nəzarət altında olmalıdır. İşə çıxıram, yuxum, yeməyim qaydasındadır, iki aydan sonra yenə müayinəyə gedəcəyəm. Həkimlər hər dəfə məni sevindirir. Ümid edirəm ki, növbəti müayinə zamanı da sevinməkdə davam edəcəyəm".
 
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.