Lənkəranda hündürlükdən yıxılan fəhlə ölüb

16 Sentyabr 2014 16:10 (UTC+04:00)

Lənkəranda faciəvi hadisə baş verib . 


Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 15-də Lənkəran şəhər sakini hündürlükdən yıxılaraq aldığı xəsarətdən ölüb.


Araşdırmalar zamanı məlum olub ki, Əlövsət Axundov şəhərdə işlədiyi inşa edilən binanın 3-cü mərtəbəsindən yıxılıb. Ə.Axundov aldığı xəsarətdən hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.