Ölmək üçün timsahları seçdi

16 Sentyabr 2014 17:39 (UTC+04:00)

Taylandda 65 yaşındakı bir qadın, ziyarətçi olaraq girdiyi bir timsah gölündə özünə qəsd edib. Qadın, aralarına atladığı yüzlərlə timsah tərəfindən parçalanıb. Movqe.az xəbər verir ki, paytaxt Bangkok xaricindəki bir fermada meydana gələn hadisənin keçən cümə günü reallaşdığı açıqlanıb. Qadının depressiyada olduğu deyilib.


Turistlərin böyük marağını çəkən fermada, vaxtaşırı timsahlarla nümayişlər də təşkil edilir. Təlimçilər, başlarını və ya qollarını timsahların ağzına soxaraq xüsusi şoular edir.