Şist qazının istehsalı zəlzələyə səbəb ola bilər

17 Sentyabr 2014 08:22 (UTC+04:00)

Amerikalı alimlər tərəfindən toplanmış informasiyaya əsasən, şist qazlarının istehsalı dəhşətli xarakter ala biləcək dağıntılara səbəb olan zəlzələ yarada bilər. Bu yüzfaizli nəticəyə uzun müddət şist qazlarının istehsalı ilə bağlı müəyyən edilmiş fakt üzərində tədqiqat işləri ilə məşğul olan alimlər gəliblər.

Alimlərin tədqiqatı sayəsində məlum olub ki, şist tərkibli qazın texnoloji istehsalı üzrə planların həyata keçirilməsi zamanı çox yüksək təzyiq altında yeraltı layların sındırlması metodundan istifadə edirlər ki, bu da zəlzələ problemlərinə gətirib çıxarır.

Onların bildirdiyinə görə, sənaye məqsədləri üçün lazım olan məhsul kimi şist qazlarının istehsalı nəticəsində torpağın məhvedici emalı səbəbindən zəlzələlərin əmələ gəlməsi hallarına artıq kifayət qədər rast gəlinir.

Qeyd edək ki, bu problemli məsələ ilə Amerikanın Geologiya İdarəsinin ekspertləri məşğul olub və şist tərkibli qazın istehsalı ilə bağlı böyük özəl şirkət və firmaların fəaliyyəti haqda məlumat yayıblar.

Qeyd edək ki, Amerika müəssisələri tərəfindən istifadə edilən texnologiyanın köməyi ilə işlənmiş ərazilər Kolorado və Nyu-Mexiko ştatlarını əhatə edir.