ABŞ səfirliyi qarşısında bomba partladı: ölən var

16 Sentyabr 2014 18:36 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə Amerika səfirliyinin əsas girişinə yaxın hissədə güclü partlayış baş verib.

Movqe.az xəbər verir ki, bu barədə informasiyanı "Frans Press" yayıb.Məlumatda partlayış nəticəsində NATO qüvvələrinə məxsus bir əsgərin öldüyü bildirilir. Bomba yüklü avtomobilin partladılması hava limanına gedən yolda yerli vaxtla 08:30-da terrorçular tərəfindən həyata keçirilib. Hadisə yerinə dərhal təcili tibbi yardımın gəldiyi də qeyd olunur.Qeyd edək ki, 2014-ci ildə Amerika Birləşmiş Ştatları və NATO müttəfiqlərinin Əfqanıstanda hərbi əməliyyatları sona çatır. Alyans ilin sonuna öz qoşunlarını bu ölkədən çıxarmağa hazırlaşır.