Bakıda sərnişinlərin həyatı ilə oynayan iki marşrut avtobusu ötüşərkən toqquşub - FOTO

17 Sentyabr 2014 11:26 (UTC+04:00)

Bakıda növbəti avtobus qəzası baş verib.


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə metronun Xətai stansiyasının qarşısında, Xocalı prospektində qeydə alınıb.

 

30 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı, 10 TG 384  və  10 TG 383  dövlət nömrə nişanlı sərnişin avtobusları ötüşərkən toqquşub.

 

Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.