Məleykə Abbaszadə qəbul keçirəcək

17 Sentyabr 2014 13:50 (UTC+04:00)

Qəbulda Tovuz şəhər sakinləri ilə yanaşı, Ağstafa və Qazax şəhər sakinləri də iştirak edə bilərlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Tovuz şəhərində vətəndaşları qəbul edəcək.

Moqe.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, qəbulda Tovuz şəhər sakinləri ilə yanaşı, Ağstafa və Qazax şəhər sakinləri də iştirak edə bilərlər.


Qəbul sentyabrın 26-da saat 12:00-da Tovuz şəhər Olimpiya-İdman Kompleksində keçiriləcək.


Qəbula gəlmək istəyən vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına (eservices.tqdk.gov.az/SedrinQebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.


Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Tovuz, Qazax və Ağstafa şəhər təhsil şöbələrinə, eləcədə TQDK-nın Gəncə Regional Bölməsinə müraciətə edə bilərlər.


Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.