Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi artıb

17 Sentyabr 2014 17:44 (UTC+04:00)

Azərbaycan Dövlət Statistika Komitəsi növbəti dəfə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmini açıqlayıb.


Komitədən anspress-ə verilən məlumata görə, ilin əvvəlindən keçən səkkiz ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 988,9 milyon manatlıq xidmət göstəriblər.


2013-cü ilin yanvar-avqustuna nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 10,5 faiz artıb. 


Xidmətlərin 72,6 faizi əhaliyə göstərilib və əldə edilmiş gəlirin 78,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.


Çox miqdarda kafein xüsusilə də təzyiq, ürək problemləri, ritm pozuntusundan əziyyət çəkən insanlarda ürək və yüksək təzyiq böhranlarına səbəb olur.