Aya ilk tur 2018-ci ilə planlaşdırılıb

18 Sentyabr 2014 08:58 (UTC+04:00)

"Space Adventures" beynəlxalq şirkətinin mütəxəssisləri Aya yeni "Soyuz" raketinin buraxılışı üzrə planının hazırlanması ilə məşğul olmağa başlayıb. Onların rəsmi məlumatına görə, ilk uçuş artıq 2018-ci ildə həyata keçirilməlidir.

Bu bəyanatla şirkətin mətbuat xidmətinin nümayəndələri iki gün əvvəl çıxış edib və yaxın bir neçə ildə öz işlərini yerinə yetirəcəklərinə tam əmin olduqlarını bildiriblər.

Xatırladaq ki, astronavtlar artıq uzun illərdir ki, bu məqsədlə bağlı maraqlarını bəyan edir və müxtəlif layihələr hazırlayırlar.

Ilkin planlara görə, ilk turistlər "Soyuz" kosmik gəmisinə 2018-ci ilin əvvəlində daxil olacaq və aparatın Beynəlxalq Kosmik Stansiya ilə uğurlu birləşməsindən sonra yeni, yerdənkənar həyat şəraitinə uyğynlaşma mərhələsinə keçəcəklər. Onları Ayın səthinə bir qədər sonra – ekspertlər turistlərin özlərini normal hiss etdiklərinə və uçuşu davam etdirməyə tam hazır olduqlarına əmin olduqdan çatdıracaqlar.

Qeyd edək ki, kosmik səyahətin qiyməti 50 mln. dollar təşkil edir. Astronavtların bildirdiyinə görə, bu məbləğ missiya haqqında artıq məlumat alan və kosmik gəminin salonunda yer bron etmək üçün bir neçə sifariş verən Amerika sakinləri üçün tam əlçatandır.