Emil Bədəlovun çay evini niyə bağladılar ?

18 Sentyabr 2014 11:30 (UTC+04:00)
Bu ay müğənni Emil Bədəlovun yeni çay evi fəaliyyətə başlayacaq. Mövqe.az xəbər verir ki, müğənni yeni məkanda daha böyük çay evinin fəaliyyət göstərəcəyini açıqlayıb. Əvvəlki çay evinin bağlanmasını etiraf edən ifaçı açıqlamasında belə bildirib: "Bəli, əvvəlki çay evim bağlandı. Çünki qonşularla problem oldu. Gələn qonaqlar avtomobillərini nasaz yerlərdə saxlayırdılar. Həmin bu proses də qonşuların narazıçılığına səbəb olurdu".

"deyilənə görə, müğənnilər də gəlib, orada qonşularla problem yaradırdı" sualına müğənni gülümsəyərək cavab verib: "Olur da... Bəli bir problem yaşanmışdı. Ad çəkə bilmərəm. Amma bu aydan hər şey qaydasına düşəcək".