Azərbaycanda dini qurumların dövlət qeydiyyatına dair yeni tələb müəyyənləşib

18 Sentyabr 2014 10:40 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabineti "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda dəyişiklik edib.


APA-nın məlumatına görə, dəyişiklik dini qurumların dövlət qeydiyyatı ilə bağlıdır.

 

Dəyişikliyə əsasən, bundan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən buraxılan "Cəmiyyət və din" qəzetində dini qurumların dövlət qeydiyyatı haqqında məlumat dərc olunmalıdır.

 

Qeyd edək ki, Azərbaycanda dini qurumların dövlət reyestri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır.