18 Sentyabr 2014 18:37 (UTC+04:00)
Norveçdə yaşayan və xəstəlik ucbatından fərqli üz formasına sahib
olan gəncin şəkili facebook tərəfindən silinib. Movqe.az xarici
mətbuata istinadən məlumat verir ki,16 yaşlı Embert Henok
"malformasiya" xəstəliyindən əziyyət çəkir və bu səbəblə üzünün alt
hissəsi normadan daha böyükdür. Bir neçə həftə əvvəl şəklini
profilinə qoyan gənc, bazar günü hesabına girərkən profil şəklinin
silindiyini görür. Daha sonra mesaj bölümündə facebookun bu mesajı
ilə qarşılaşır: "Facebook qaydalarına zidd olduğu üçün şəkliniz
silindi". Məsələnin ardından duyğularını ifadə edən Henok "Facebook
kimi böyük bir sosial şəbəkənin digər insanlardan fərqli olduğum
üçün şəklimi silməsi böyük bir təhqirdir. Facebook bu hərəkəti ilə
mənim istifadəçi olraq qeyri-kafi olduğumu elan etmiş olur" deyib.
Hadisənin mediaya düşməsindən sonra facebook səhvini boynuna alaraq
üzr istəyib və Henokun şəklini yenidən profilinə yerləşdirib.