Şotlandiya, müstəqillik qərarını verdi

19 Sentyabr 2014 11:38 (UTC+04:00)

Şotlandiyanın İngiltərədən ayrılıb müstəqil olub- olmayacağının təyin edən referendumdan ilkin nəticələr gəlir.

Movqe.az xəbər verir ki, Şotlandiyanın İngiltərədən ayrılıb-ayrılmaması üçün təşkil edilən referendumla əlaqədar cəmi 32 bölgənin yarısında açıqlanan ilk nəticələrə görə, "xeyr" nəticəsi üstünlük təşkil edir.

16 bölgədə "xeyr" səsi verən ümumi seçicinin nisbəti 56 faiz, "bəli" səsi verənlər  44 faizdir. 


Gecə yerli saatla 22.00-da bağlanan sandıqlardan sonra, nəticələrin açıqlandığı ilk bölgə olan Klakmannanşire, 19.036 səs ilə müstəqilliyə 54 faiz nisbətiylə "xeyr" deyib. 

Yüzdə 89 iştirakın olduğu bölgədə "bəli" oyu verənlərin sayı isə 16.350. 


Orkney isə nəticələrin açıqlandığı ikinci bölgə olub.  


Şotlandiyada cəmi 32 bölgə var və nəticələrin Bakı vaxtilə 10.30 -dan əvvəl müəyyən olması gözlənilmir.