Yay aylarında edilən ən böyük səhvlər

16 İyul 2012 12:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hər yay təkrarladığımız bəzi səhvlər vardır. Bunlar yalnız xəstələnməyimizə gətirib çıxartmır, bəzən həyatımızda ciddi nəticələrə də səbəb ola bilir.

Türkiyəli Prof. Dr. Osman Müftüoğlu, yayda edilən ən böyük səhvləri açıqlayıb.

1. - Kondisioneri yandırıb yatmaq.

Yay istilərində yaxşı və rahat bir yuxu yatmaq çətindir. Bu vəziyyətdə ya pəncərələr açılır, ya sərinkeşlər dövrəyə girir ya da kondisionerlər işləyir. Kondisioner istifadəsi bəzən həddini aşır. Bu səhv sabahkı günə boyun tutulması, əzələ ağrıları, boğaz infeksiyası, sinüzit və ya ağciyər infeksiyası ilə oyanmağa səbəb olur. Bu çox əhəmiyyətli səhvin sətəlcəmə belə gətirib çıxarması mümkündür.

2. - Tərli-tərli buzlu su içmək.

Qulaq,burun,boğaz xəstəlikləri mütəxəssisləri soyuq suyu heç məsləhət görmürlər. Tez-tez içilən soyuq su keçici və şiddətli bir baş ağrısına, səhəri gün isə boğazda şişmə və iltihaba yol aça bilir.

3. - Dərinliyi məlum olmayan suya üzü üstə tullanmaq.

Yayda baş travmalarının ən böyük səbəblərindən biri dərinliyi naməlum olan hovuz və ya dənizə üzü üstə tullanmaqdır. İfliclə nəticələnən yaralanmalara yol aça bilir.

4. - Günorta saatlarında günəş vannası qəbul etmək.

Yay tətillərində ən sıx edilən səhvlərdən biri də günorta saatlarında günəş vannası qəbul etməkdir. Həddindən artıq istilər, təzyiq yüksəlməsinə və enməsinə, günəş vurmasına, hətta infarktına belə yol aça bilir. Dəridə az qala üçüncü dərəcəli ağır yanıqlar ola bilir. Günəş altında yatma vərdişindən əl çəkməyən insanların dərilərinin bioloji yaşı daha yüksək olur.

5. - Günorta saatlarında idman etmək.

İdmanınızı yayda da davam etdirin, amma əsla bunu günəşin altında etməyin. Xüsusilə, şəkər, təzyiq yüksəkliyi, ürək xəstəliyi olan biri bundan qətiliklə uzaq qalmalıdır. Ağır yeməkdən sonra da isti havada edilən idmanın sağlamlığınızı təhlükəyə sala biləcəyini unutmayın.

6. - Riskli qidalar qəbul etmək.

Yay aylarında qəbul edilən bəzi riskli qidalar var. Xüsusilə, mayonezli, souslu soyuq məzələr, hələ bir də günəşin altında qalıbsa mikrobların törəməsinə uyğun bir mühit meydana gətirir. Ürək bulanma və qusmayla nəticələnən bu zəhərlənmədə ishal və qızdırma olmur.Bundan əlavə, yay aylarında təmizliyindən əmin olmadığınız suları içməyin.

7. - Gigiyenik cəhətdən təmiz olmayan hovuza girmək.

Gigiyenik şərtlərə əməl olunmayan və lazım olan tədbirlər görülmədiyi təqdirdə hovuzlar, xüsusilə uşaqlar üçün bir infeksiya qaynağı halına gələ bilir. İshala gətirib çıxaran mikroblar başda olmaq üzrə bir çox bakteriya və göbələk infeksiyası bu yolla keçə bilir. Suya girmədən əvvəl mütləq duş almaq,  körpələrin altını sabunla yuyub təmizləmək və digər fərdi gigiyena tədbirləri görmək lazımdır.

8. - Qızarmış yeməklərin həddini aşmaq.

Diqqət etmədiyimiz zaman sağlamlığımızı təhlükə altına qoya bilərik. Bunun baş səbəbi yüksək təzyiqdə bişirilən qızartmalar çox miqdarda trans yağ meydana gəlməsinə səbəb olur. Hələ qızartmaq üçün istifadə olunan yağlar təkrar istifadə edilərsə trans yağ miqdarı daha da artır. Xüsusilə, pambıq, günəbaxan, qarğıdalı yağlarıyla edilən qızartmalarda trans yağ nisbəti daha da yüksəlir.

9. - Həddindən artıq çox spirtli içki qəbul etmək.

Spirt qəbulu yay aylarında, xüsusilə axşam süfrələrində digər mövsümlərə nisbətən arta bilir. Bu səhvi hələ bir də  gündüz saatlarına daşısan daha pis nəticə verə bilər. Sözün qısası, yay axşamları yemək yüngül, spirt qəbulunu da nəzarətdə tutmaqda fayda var. Bu diqqət həm kilonuzu idarə etmək, həm qaraciyərinizi qorumaq üçün çox əhəmiyyətlidir.