Hacı Maşallah Kərimovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır...

19 Sentyabr 2014 12:00 (UTC+04:00)

ALLAH  RƏHMƏT  ELƏSİN

 

Maşallah Əbülfəz oğlu Kərimov.Masallı rayonunun ziyalı ictimaiyyətinə ağır itki üz vermişdir. 


Masallı "Melioservis" İdarəsinin rəisi, d övlət qulluğu veteranı, Rayon Ağsaqqallar Şurası sədrinin müavini, uzun müddət rayonda müxtəlif vəzifələrdə çalışmış, cəmiyyətdə dərin nüfuzu olan Maşallah Əbülfəz oğlu Kərimov 16 sentyabr 2014-cü ildə ömrünün 67-ci ilində  kəskin ürək çatışmazlığından dünyasını dəyişib   vəfat etmişdir. 


Maşallah Kərimov 1947-ci ildə Təzə Alvadı kəndində anadan olmuşdur. 


Təzə Alvadı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan   Kənd  Təsərrüfatı  

institutunun iqtisadiyyat fakültəsinə qəbul olunmuş, 1968-ci ildə ali təhsilli mütəxəssis kimi Prişib avtomobil təmiri zavodunda əmək fəaliyyətinə başlamışdır. 1968-1969-cu illərdə ordu sıralarında xidmət etmişdir.


1969-cu ilin iyun ayından başlayaraq "Sosializm" sovxozunda mühasib, baş iqtisadçı işləmişdir. 1974-cü ildən 1976-cı ilə kimi Masallı rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışmışdır. 


1976-cı ildən rayon aqrar sənaye birliyinin rəis müavini, Aqrar İstehsalat Birliyinin direktoru işləmişdir. 1980-ci ildən rayonun ən böyük təsərrüfatlarından olan "Pravda" üzümçülük sövxozunun direktoru vəzifəsinə təyin olunmuşdur. 


1983-cü ildən rayon aqrar sənaye birliyinin rəisi, 1989-cu ildən Masallı aqrokombinatının baş direktoru, 1991-ci ildən Boradigah 2 nömrəli, 1993-cü ildən isə Masallı 2 nömrəli çay fabrikinin direktoru vəzifələrində çalışmışdır. 


2000-ci ilin yanvarından Təzə Alvadı bələdiyyəsinin sədri, 2000-ci ildən 2005-ci ilədək Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmişdir. 


2006-cı ildən dünyasını dəyişdiyi günədək Masallı "Melioservis" İdarəsinin rəisi olmuşdur.


Maşallah Kərimov işlədiyi müddətdə dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, yaxşı təşkilatçı kimi tanınmış, rayonun ictimai həyatında fəallıq göstərmiş, sakinlərin hörmətini qazanmış, ayrı-ayrı sahələrin, o cümlədən rayonda təsərrüfatın inkişafı naminə zəhmətini əsirgəməmişdir. 


M. Kərimov mehriban ailə başçısı, etibarlı dost, yaxşı yoldaş, gözəl insan idi. 


Müqəddəs həcc ziyarətində olmuşdu.


Hacı Maşallah Kərimovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

                                                                                      

Maşallah Əbülfəz oğlu Kərimovun vəfatı münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil İSRAFİL OĞLU HÜSEYNOV, 

MM-in deputatı Nəriman Əlıyev, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, 

Masallı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev, Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Nəsir Muxtarlı, 

MM-in deputatı Elmira Axundova,  Masallı Rayon İcra Hakimiyyəti Başçısının müaviniləri Gülşən Xəlilova və Seymur Nuriyev, 

Masallı Rayon İcra Hakimiyyət i Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri  Adəm Məhərrəmov, 

Prezident təqaüdçüsü Şirvan Əbilov, Məmmədağa Şiriyev, Masallı Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, 

"Viləşçay Su Anbarı"nın direktoru  Ağabəy Ağayev və Təzə Alvadı kəndinin ərazi nümayəndəsi Vidadi Muxtarov nekroloq imzalamışlar.