Le Pen Madonnanı məhkəməyə verəcək

16 İyul 2012 13:03 (UTC+04:00)
Movqe.Az bildirir ki, Fransada sağçı Milli Cəbhə Partiyası, Parisdəki konsertində partiya liderinə təhqir etməsi səbəbi ilə məşhur amerikalı pop ulduz Madonnanı məhkəməyə verəcəyini açıqlayıb.

Partiyadan verilən məlumatda, konsert zamanı göstərilən bir klipdə partiya lideri Marine Le Penin, Hitler bığı və arxasında xaçla göstərilməsinin "şəxsiyyət haqqlarına təhqir" meydana gətirdiyi iddia edilib. Madonnanın digər ölkələrdəki konsertlərində də müzakirəyə çevrilən bu klip sağçı partiyanın etirazına baxmayaraq göstərilib.