Avropalı müsəlmanlar İŞİD-ə etiraz edirlər
20 Sentyabr 2014 16:04 (UTC+04:00)
Avropada müsəlmanlar İŞİD terror qruplaşmasının İraq və Suriyada
dinc insanlara qarşı törətdiyi zorakılıqlara etiraz ediblər. Bu
məqsədlə Almaniyanın paytaxtı Berlində baş tutan aksiyaya minlərlə
insan qatılıb. Aksiya iştirakçıları şəhərin mərkəzi küçələrindən
birində "Sülh Günü" adı altında yürüşə çıxıblar. Yürüş zamanı
müsəlman cəmiyyəti üzvləri İŞİD ideologiyasını qəbul etməkdilərini
və dinc insanlara qarşı törədilən zorakılıqların yolverilməz
olduğunu bildiriblər.
Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, yürüşdən
sonra aksiyaçılar Mövlana Məscidində bir araya gələrək dualar
ediblər.
İŞİD silahlılarına qarşı hazırda beynəxalq mübarizə gedir. Ötən gün
Fransa hərbi qüvvələri İraqda İŞİD-in mövqelərinə aviazərbələr
endirib.
Amerika Birləşmiş Ştatları PrezidentiBarak
ObamaSuriyada İŞİD-ə qarşı mübarizədə mötədil müxalif
qüvvələrin silahlandırılmasını nəzərdə tutan planının qüvvəyə
minməsi üçün sənədləri imzalayıb. Bir qədər əvvəl Konqresin hər iki
palatası da Obamanın bu planını bəyənərək təsdiqləmişdi.