Yəməndə qarşıdurma: yüzlərlə ölən var
20 Sentyabr 2014 16:00 (UTC+04:00)
Yəmən paytaxtı Sanaada dini zəmində qarşıdurmalar baş verib.
Qarşıdurmalar zamanı azı 120 nəfər ölüb, onlarla insan
yaralanıb.
Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə,
qarşıdurmaların daha şiddətli olduğu bölgələrdə minlərlə yerli
əhali zorakılıqlardan qaçmaq üçün evlərini tərk etmək
məcburiyyətində qalıblar.
Məlumata görə, bir qrup silahlı dəstə dövlət televiziyasına hücum
edib. Televiziya binası raket zərbələrinə məruz qalıb.
Hökumət rəsmiləri televiziya binasına hücum edən qüvvələrin dövlət
çevrilişinə cəhd etdiyini bildiriblər. Qrupun İrandan dəstək aldığı
qeyd olunur.