Terror təşkilatına qarşı əməliyyat: 60 ölü
20 Sentyabr 2014 17:11 (UTC+04:00)
Nigeriyada "Boko Haram" terror təşkilatına qarşı ordu qüvvələri
əməliyyat həyata keçirib.
Movqe.az Milli.az-a istinadən xəbər verir ki, Nigeriyanın
cənub-şərqində yerləşən Konduqa şəhərində "Boko Haram" silahlıları
ilə ordu qüvvələri arasında döyüş olub. Bu barədə ordu tərəfindən
Tvitter sosial şəbəkəsindən açıqlamada bildirilib.
Saatlarla davam edən silahlı qarşıdurma zamanı bir əsgərin öldüyü,
4-nün yaralandığı, terrorçu silahlıların isə 60-nın məhv edildiyi
qeyd edilir.
Hökumət ordusu terrorçularla döyüşdə 24 tüfəng, 5 əl qumbarası dolu
çanta, iki avtomat və bir zenit ələ keçirib.
Bir neçə gün əvvəl də hökumət tərəfindən verilən açıqlamada ordunun
ölkənin şimal-şərqində 100-dən çox "Boko Haram" döyüşçüsünün
öldürüldüyü bəyan edilmişdi.
Qeyd edək ki, "Boko haram" qruplaşması son vaxtlar etdiyi hücumlar
nəticəsində 2.5 miyon əhalisi olan Adamava ştatının 6 şəhərini ələ
keçirmişdi.