İŞİD Kərkükü də qana buladı

20 Sentyabr 2014 17:00 (UTC+04:00)
İŞİD terror qruplaşması İraqın Kərkük şəhərində bombalı hücum təşkil edib.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, İraqın Mosul şəhərini ələ keçirən İŞİD terrorçuları Şimali İraqda da terror aktları və günahsız insanlara qarşı cinayət əməlləri törətməkdə davam edir.

Bu dəfə İŞİD silahlılarının hədəfi Kərkük şəhəri olub. Onlar Kərkük qalasının qarşısında yerləşən Əl-Hasir bazarında bomba quraşdırılmış motosikleti partladıblar. Partlayış nəticəsində 10-dan çox adam dünyasını dəyişib, çox sayda insan xəsarət alıb.

Qeyd edək ki, türkmənlərin də kompakt yaşadığı Kərkük şəhəri son bir ayda ikinci dəfədir bombalı hücuma məruz qalır.