"Elastik uşaq"
20 Sentyabr 2014 23:03 (UTC+04:00)
Ağdaş rayonunun Türyançay qəsəbəsində yaşayan 6
yaşlı Emin İsmayılov qeyri -adi
bacarığı ilə həmyaşıdlarından fərqlənir. O, peşəkar gimnastlar kimi
müxtəlif hərəkətlər edir.
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, bu bacarıqlarına
görə, hamı onu "elastik uşaq" deyə çağırır. Eminə bu işdə
atası Tofiq İsmayılov kömək edir. Emin
İsmayılov əllərini, barmaqlarını asanlıqla hər yana qatlaya bilir.
Onun ən çox sevdiyi hərəkətlərdən biri isə öz ölçüsündən dəfələrlə
kiçik olan karton qutuya girməsidir.
O, həm də idmanın taekvando növü ilə məşğul olur. Bir çox
yarışlarda medal və fəxri fərmanlar qazanıb. Hələ orta məktəbə
getməsə də, yazmağı,oxumağı bacarır. Eminin yeganə istəyi isə
gələcəkdə hərbçi kimi yetişib, işğal altındakı torpaqlarımızın azad
olunmasında iştirak etməkdir.