Bakıda dəhşətli qətl olub

16 İyul 2012 13:49 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakıda qətl törədilib. 

Hadisə ötən gecə rayonun Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, Fərayi Rafael Cəbrayıl oğlu bıçaqla tanışı Əliağa Camal oğlu Cəbrayılovun boğazını kəsib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Ə.Cəbrayılov orada dünyasını dəyişib. Hadisəni törədən şəxs həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Türkan Nadirqızı

Movqe.Az