Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev yerli telekanalların birinə müsahibəsində bildirib. Medvedevin sözlərinə görə, sanksiyalar nə vaxtsa bitəcək, lakin Rusiyanın bazarını tərk etmiş avropalı tərəfdaşlar çətin ki buraya bir daha qayıda bilsinlər, çünki onların yerini rusiyalı və ya digər əcnəbi istehsalçılar tutacaq.
Rusiyanın Baş naziri Asiya və Latın Amerikasından Rusiyanın
bazarında avropalı tədarükçüləri əvəz etməyə çalışan sahibkarlara
təskinlik verərək bildirib ki, Rusiyanın Avropa ilə
münasibətlərinin normallaşacağı təqdirdə, onların buradakı
mövqelərinə heç bir təhlükə yaranmayacaq.