“Öyle bir geçər zaman ki...”nin qəhrəmanı Bakıya gəlir

16 İyul 2012 13:56 (UTC+04:00)
Xalq Yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilməsi nəzərdə tutulan eyniadlı filmin yaradıcı heyəti Azərbayacana gəlir. Türkiyənin ən baxımlı seriallarından olan "Kuzey Güney" serialının rejissoru, eyni zamanda "Mahmud və Məryəm"də rejissoru olan Mehmet Ada Öztekin də Bakıya gəlir. Filmin yaradıcı heyəti sabah yerli vaxtla saat 19:30-da Bakıda olacaq. 

Bakıya gələn aktyorlar arasında "Öylə bir keçər zaman kı..." filminin Metesi - Aras Bulut İynemli, Eva Dedova, Fəxrəddin Manafov, Məlahət Abbasova,Tomris Incer, Mehmet Çevik,Polat Bilgin,Şafak Başkaya,Kristina Krepela,Şamil Süleymanov, Açelya Özcan,Murad Abdullayev, İlker Kizmaz,Ramiz Məlikov. Mert Öcal və Cemal Hünal var.

 Filmin Azərbaycanda çəkilişləri Bakının Suraxanı rayonu ərazisindəki "Atəşgah" məbədində, Şirvan, Qax, Qəbələ rayonlarında aparılması nəzərədə tutulub. Əsər savaş, səfalət və böyük sevgidən bəhs edir.

Türkan Nadirqızı

Movqe.Az