Naməlum şəxs Ağ Evə necə daxil olub?
21 Sentyabr 2014 17:07 (UTC+04:00)
Naməlum şəxsin Ağ Evə daxil olmasından sonra ABŞ-ın gizli xidmət
idarəsinin prezidenti qoruya bilmək qabiliyyəti ilə bağlı suallar
ortaya çıxıb.
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, insident
Prezident Barak Obamanın iki qızı ilə vertolyotla Ağ Evdən
Merilenddə Kemp Deyvid prezident iqamətgahına getməsindən sonra baş
verib. Naməlum şəxs Ağ Evin hasarını aşıb qaçaraq prezidentin
iqamətgahına daxil olub. Gizli xidmət idarəsinin əməkdaşları bundan
sonra onu yaxalayıb. Onun üzərində silah olmadığı bildirilir.
Nümayəndələr Palatasında Milli təhlükəsizlik məsələləri ilə məşğul
olan komitənin sədri, respublikaçı qanunverici Ceyson Şaffets
təhlükəsizliyin pozulmasını qəbuledilməz hal adlandırıb.
Qeyd edək ki, gizli xidmət idarəsi Ağ Evə daxil olan şəxsin Texas
ştatının Copperas Kov şəhərinin sakini, 42 yaşlı Omar Qonsales
olduğunu bildirib.