İsrailin Azərbaycandakı səfiri bu ölkədən olan turistlərin Dağlıq Qarabağa səfəri ilə bağlı açıqlama verib

16 İyul 2012 11:45 (UTC+04:00)
M. Lotem APA-ya bildirib ki, bu, şəxsi xarakterli səfər olub: "Həmin şəxslər İsrail hökumətinin mövqeyini əks etdirmir. İsrail XİN-in saytında Dağlıq Qarabağa səfər etməməklə bağlı vətəndaşlara ünvanlanmış xəbərdarlıq var. Həmin insanlar bu məsələ haqda məlumatlandırılıb".

Xatırladaq ki, bu yaxınlarda bir qrup israilli qadın turist Dağlıq Qarabağda olub.