Bu rayonda iki gün qaz olmayacaq

22 Sentyabr 2014 13:10 (UTC+04:00)

Fasilələrin yaranması magistral qaz kəmərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır

Göyçay rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, 22.09.2014-cü il tarixdən 24.09.2014-cü il tarixədək Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.


Fasilələrin yaranması "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin yeni çəkimiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.