Gələn həftə Vaşinqtonda Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr keçiriləcək

16 İyul 2012 12:31 (UTC+04:00)
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan və ABŞ nümayəndə heyətlərinin görüşündə təhlükəsizlik sahəsinə dair bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. 
Məsləhətləşmələrdə iştirak etmək üçün Azərbaycandan Vaşinqtonda geniş tərkibli nümayəndə heyətinin gedəcəyi gözlənilir.