Çılpaqlıq festivalı keçirildi - FOTOLAR

22 Sentyabr 2014 13:17 (UTC+04:00)

350-ə yaxın insan gün gün doğuşunda soyunaraq İngiltərənin Northumberland sularına axın edib. Movqe.Az xarici mediaya istinadən xəbər verir ki, NESD (Şimal-Şərq çılpaq üzgüçülük) ənənəsi bu il bir çox insanı İngiltərənin Druridge körfəzinə cəlb edib. Çılpaqlıq festival xeyriyyə məqsədi daşıyır. Belə ki, buradan əldə olunan gəlir "National Trust" və əqli zəifliyi olan insanlara aid "Mind" vəqfinə gedib. Ən böyük çılpaqlıq festivalı isə ötən il 744 nəfər iştirakçıyla Yeni Zellandiyada keçirilib.