Nazir ABŞ-a yollandı

22 Sentyabr 2014 16:47 (UTC+04:00)
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib.

Movqe.Az-ın XİN-ə istinadla verdiyi məlumata görə, nazirin Nyu-Yorka səfərinin məqsədi BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etməkdir. 

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı planlaşdırlıb.

Eyni zamanda, nazirin BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görşüləri nəzərdə tutulub.