Yol kənarı ilə gedən kişi avtomobillərin toqquşmasının qurbanı oldu

22 Sentyabr 2014 17:13 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, sentyabrın 21-də saat 03 radələrində Goranboy rayonu ərazisində Gədəbəy rayon sakini Zülfüqar Cəfərovun idarə etdiyi "Shacman" və Gəncə şəhər sakini Seymur Mirzəyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.


İdarəetməni itirmiş "Shacman"ın sürücüsü Z.Cəfərov hadisə yerinin yaxınlığında olan 45-50 yaşlı kişini, "Mercedes"in sürücüsü S.Mirzəyev isə yolun kənarında dayanmış Goranboy rayon sakini Səbuhi Həsənova məxsus "VAZ-21074" markalı avtomobili vurub.


Xəstəxanaya yerləşdirilmiş 45-50 yaşlı kişi ölüb.


Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.