Bu gün Bakının prospektlərindən biri bağlanacaq

16 İyul 2012 14:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, bu gün Bakının əsas prospektlərindən biri bağlanacaq. 

Təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakı şəhərinin Neftçilər prospekti bağlanacaq. Prospekt Rəsul Rza küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər bağlanacaq. Bundan başqa, Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Cavanşir küçəsində nəqliyyat ikitərəfli hərəkət edəcək.

Türkan Nadirqızı

Movqe.Az