Mövqelərimiz atəşə tutulub

23 Sentyabr 2014 10:51 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.